LİSEYİN TARİXİNDƏN
Yasamal rayonu S. Dadaşov küçəsi, 555 - ci məhəllədə yerləşən Fizika - riyaziyyat və
informatika təmayüllü liseyi 1956 - cı ildə ümumtəhsil məktəbi kimi fəaliyyətə başla-
mış, 1964 - cü ildən Respublika 1 nömrəli fizika - riyaziyyat təmayüllü internat mək-
təbi, 1989 - cu ildən isə fizika - riyaziyyat və informatika təmayüllü lisey kimi fəaliy-
yətini davam etdirmişdir.
Liseyin binası birtipli layihə üzrə tikilmişdir, 700 yerlikdir, 33 sinif otağı vardır. Tədris
məşğələləri birnövbəlidir. Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli 280 yerlik
yataqxana korpusundan, 200 yerlik akt zalı, idman zalı, yeməkxana, kitabxanadan və
həmçinin oxu zalından ibarətdir. Liseyin özünün qazanxanası vardır.
Liseyin ümumi iş planı pedaqoji şuranın 30.08.2003 – cü il tarixli iclasında üzakirə
olunmuş və təsdiq edilmişdir. Planda təhsil qanunvericiliyinin tələblərindən irəli gələn
vəzifələr, müəssisənin məqsəd və vəzifələri, fərdi xüsusiyyətləri, əsasən nəzərə alın-
mış, idarəetmənin təşkiletmə, rəhbərlik, icra və nəzarət funksiyaları qismən öz əksini
tapmışdır.
Təlim – tərbiyə işləri üzrə direktor müavini liseydə təlim prosesi ilə bağlı bütün məsə-
lələrin həyata keçirilməsini təmin edir və ona görə məsuliyyət daşıyır. Müəllimlər tərə-
findən keçirilməsini təmin edir və ona görə məsuliyyət daşıyır. Müəllimlər tərəfindən
proqram materiallarının icrasına, onların elmi – nəzəri və metodik biliklərini daim ar-
tırmalarına, şagirdlərin bilik, bacarıq və vərdişləri səviyyəsinin yüksəldilməsinə, müəllim
və şagirdlərin davamiyyətinə nəzarət edir. Qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasını,
müəllimlərin vaxtaşırı ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlbinə təşkil edir.
Dərs ili ərzində liseyin iş planına əsasən 7, 8, 9, 10, 11 siniflərddə test yoxlaması,
cəbr, fizika, ədəbiyyta, Azərbaycan tarixi, kimya, biologiya, xarici dil və digər fənlər
üzrə sınaq yazı işləri keçirilmiş, nəticələr fənn metodbirləşmələri və pedaqoji şura
iclasında müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.
Fizika- riyaziyyat və informatika təmayüllü lisey 1956-ci ildə ümumtəhsil məktəbi kimi fəaliyyətə başlamiş, 1964-cü ildən Respublika 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi , 1989-cu ildən işə fizika-riyaziyyat və informatika təmayüllü lisey kimi fəaliyyətini davam etdirmişdir.
Liseyin binasi birtipli layihə üzrə tikilmişdir, 700 yerlikdir, 33 sinif otaği vardır. Tədris məsğələləri birnövbəlidir. Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli 280 yerlik yataqxana korpusundan , 200 yerlik akt zalı, idman zalı, yeməkxana, kitabxanadan ( həmçinin oxu zalından) ibarətdir. Liseyin özünün qazanxana və istilik sistemi vardır.
Liseydə 38 sinif otağı, o cümlədən 15 riyaziyyat, 5 fizika 4 ədəbiyyat , 3 tarix, 1 cografiya, 1 kimya, 1 biologiya , 1 rus dili kabineti, 1 hərbi kabneti və 2 kompüter sinfi fəaliyyət göstərir .
Hazırda şagirdlərin təlim tərbiyəsi ilə 96 nəfər müəllim və tərbiyəçi məşğul olur. Onlardan 18 nəfəri “Baş müəllim və metodist müəllim “ , “metodist tərbiyəçi”dir. Müəllimlərdən 2 nəfəri əməkdar müəllim, təmayül fənləri tədris edən müəllimlərdən 9 nəfəri elmlər namizədidir.
Liseydə istedadlı şagirdlərin qabiliyyətini üzəçixarmaq, daha da inkişaf etdirmək üçün dərs məsğələlərindən sonra riyaziyyat, fizika və informatika üzrə dərnək məşğələləri aparimaqla yanaşı, “ şagird elmi cəmiyyəti də fəaliyyət göstərir. Şagirdlər ŞEC-də kiçik elmi tədqiqat işləri aparırlar.
Lisey müəllimlərinin ən böyük uğurlarından biri dı yeni yazilmiş bir çox dərsliklərin müəllifləri olmaqdir.
Riyaziyyat müəllimlərindən İ.Hüseynov. M. Kərimov X-XI sinif “Cəbr və analizin başlanğıcı” dərsliklərinin , həmçinin X-XI siniflər üçün “Cəbr və analizin başlanğıcı məsələ və misallar həlli ilə” metodik vəsaitinin müəllifləridirlər.